K.Sayns-ata: “Red Bull-da pis adamlar yoxdur”

Karlos Sayns-ata bildirib ki, Red Bull komandasında pis adamlar yoxdur.

F-1.az xatırladır ki, Karlos Sayns 2016-cı ildə mükəmməl performans göstərmiş və Ferrari, Renault, Mercedes kimi komandaların diqqət mərkəzinə düşmüşdü.

Karlos Sayns-ata: “İnsanlar elə düşünür ki, biz Red Bull barədə pis danışırıq, amma belə bir şey yoxdur. Onlar yaxşı işlər görürlər və onlarla işlədiyimizə görə sevincliyik.

Red Bull-a çox şey borcluyuq. Hazırda edəcəyimiz tək şey 2017-ci ilə fokuslanmaq olacaq”.

Karlos Sayns da yeni mövsüm barədə fikirlərini bildirib: “Mercedes bizim üçün əsas ölçü olacaq, amm Red Bull-un hansı vəziyətdə olmasına baxmalıyıq. McLaren-in yeni mövsümdə güclü olmasını gözləyirik. Ferrari ilə mübarizə apara bilərlər.

Fiziki cəhətdən hazırlıqlara davam edirəm. Ümid edirəm ki, yeni mövsümdə yaxşı nəticələr alaram”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*