M.Şumaxer: Həmiltonla mübarizə olmamalı idi

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, Lyuis Həmilton mübarizəyə girməməli imiş...

F-1.az xatırladır ki, almaniyalı sürücü komanda yoldaşı Maqnusseni izləsə də, onu keçə bilməyib. Əvəzində isə yarış ərzində yeddiqat Dünya Çempionu Lyuis Həmiltona qarşı etdiyi müdafiə ilə diqqət mərkəzinə düşüb.

Lakin yarışdan sonra Şumaxer bildirib ki, Maqnussendən sürətli olub və komanda onun keçməsi üçün əmr verməli imiş: “Bu barədə danışacağıq. Lyuis ilə mübarizə əyləncəli idi, ancaq bu olmamalı idi. Məncə, mən Maqnussendən daha sürətli idim. Önə keçsəm, Okona hücum edə bilərdim. Belə baxanda mən Maqnusseni Həmiltonun hücumlarında xilas etdim. O isə məndən aralanaraq, məni Həmiltona qarşı DRS-siz qoydu”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*