G.Berger: “Həmilton Senna səviyyəsindədir”

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Həmilton hazırda Senna səviyyəsində olan yeganə sürücüdür.

F-1.az xatırladır ki, Formula1-də 13-cü mövsümünü keçirən Həmilton indiyə kimi 75 yarış, 5 Dünya Çempionluğu qazanıb. Bu il də ilk 3 yarışdan 2-i qazanan britaniyalı sürücü turnir cədvəlində liderdir.

Gerhard Berger: “Uzun illərdir məndən kimi Senna ilə bir səviyyədə gördüyümü soruşurdular. Mən isə heç kimi deyə cavab verirdim. Amma hazırda Lyuisi onunla bir pilləyə qoya bilərəm. Daha çox hisslərimlə hərəkət edirəm. Nelson, Niki, Prost və Mixael kimi mükəmməl çempionlar var idi. Amma Ayrton onlardan həmişə bir addım öndə olub. Artıq Lyuisi də eyni liqada görürəm. Ancaq onları müqayisə edə bilmərəm. Çünki Ayrton hələ də mənimçün qalib tərəfdir. O şəxsiyyət kimi də əfsanə idi. Lakin Həmilton da hər yarış poullar və qələbələr qazanır. Eynilə Senna kimi. Belə görünür ki, hazırda məğlubedilməzdir. Düzdür, ən yaxşı maşına və mühərriyə sahibdir. Amma özü də çox güclüdür. Mixaelin rekordlarının qalmasını istəmərəm. Çünki bu, inanılmaz tragediya olar. Ancaq Lyuis bu idmanda izlədiyim xüsusi sürücülərdəndir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*