T.Volff: “Həmilton ən yaxşı günündə deyildi”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmilton Çin yarışında ən yaxşı günündə olmayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Çində sıralanma turunda komanda yoldaşı Bottasdan geri qaldıqdan sonra yarışda da bərbad performans göstərib və bildirib ki, işlər onun üçün heç də yaxşı getməyib.

Toto Volff: “O da bolid kimi həftəsonu ərzində yaxşı deyildi. Məncə, ən güclü sürücüdür, amma ən güclülər belə həmişə 100 faizlik performanslarını göstərə bilmirlər. Əgər bolidiniz istədiyiniz kimi işləmirsə, təkərlər söza baxmırsa və strategiya sizə qarşıdırsa, əlinizdən heç nə gəlmir. Sözün düzü, bu ssenari barədə yarışdan əvvəl danışsaq da, hər şey tərsinə oldu”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*