Avstraliya-2019: Birinci sərbəst yürüşlər

Melburnda mövsümün ilk sərbəst yürüş sessiyası bir qədər əvvəl başa çatıb. Liderlər qrupunda nəticələr bir-birinə yaxın olsa da, ilk sərbəst yürüşlərdən sonra qüvvələr nisbəti haqqında danışmaq olduqca tezdir.

F-1.az bildirir ki, sessiya yaxşı havada baş tutub. Yaşıl işıq yandığı andan etibarən sürücülər trasas çıxıblar – onlara Rəykkönen başçılıq edib. Heç kim sürətli dövrə vurmaq üçün tələsməyib. İlk nəticə Bottasdan gəlib və finlandiyalı sürücü ardıcıl daha yaxşı dövrələr vuraraq uzun müddət protokollara başçılıq edib.

Lakin son yarım saatda sürücülər sürətli dövrələrə başlayaıblar. Həmiltonla yanaşı, Ferrari sürücüləri və Ferstappen də Bottası üstələyiblər. Top komanda sürücüləri arasında ilk yer uğrunda mübarizə aparmayan yeganə sürücü Pyer Qasli olub.

Aleksandr Elbon qəza edib və qırmızı bayraqların dalğalanmasına səbəb olub. Lakin maşını boksa qayıdaraq komandaya təhvil verə bilib. Hülkenberq elektronik sistemlərdəki problemə görə xeyli vaxt itirib. Yaxşı günlər keçirməyən Williams komandasının sürücüləri də problemlərdən yaxa qurtara bilməyiblər.

Mövsümün ilk rəsmi sessiyasının ən yaxşı nəticəsini Ferrari sürücülərini cüzi fərqlə üstələyən Həmilton göstərib – 1:23.599. Növbəti sessiya Bakı vaxtı ilə 09:00-da start götürəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:23.599 26
2 5 Sebastyan Fettel Ferrari 1:23.637 + 0:00.038 18
3 16 Şarl Lekler Ferrari 1:23.673 + 0:00.074 18
4 33 Maks Ferstappen Red Bull 1:23.792 + 0:00.193 22
5 77 Valtteri Bottas Mercedes AMG 1:23.866 + 0:00.267 30
6 7 Kimi Rəykkönen Alfa Romeo 1:24.816 + 0:01.217 18
7 26 Daniil Kvyat Toro Rosso 1:24.832 + 0:01.233 30
8 10 Pyer Qasli Red Bull 1:24.932 + 0:01.333 23
9 20 Kevin Maqnussen Haas 1:24.934 + 0:01.335 24
10 27 Niko Hülkenberq Renault 1:25.015 + 0:01.416 11
11 99 Antonio Covinatsi Alfa Romeo 1:25.166 + 0:01.567 23
12 8 Roman Qrojan Haas 1:25.224 + 0:01.625 18
13 23 Aleksander Elbon Toro Rosso 1:25.230 + 0:01.631 21
14 55 Karlos Sayns McLaren 1:25.285 + 0:01.686 19
15 18 Ləns Stroll Racing Point 1:25.288 + 0:01.689 26
16 11 Serxio Peres Racing Point 1:25.498 + 0:01.899 21
17 3 Daniel Rikkardo Renault 1:25.634 + 0:02.035 16
18 4 Lando Norris McLaren 1:25.966 + 0:02.367 31
19 88 Robert Kubitsa Williams 1:27.914 + 0:04.315 25
20 63 Corc Rassel Williams 1:28.740 + 0:05.141 25
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*