L.Həmilton Rosberqə cavab verib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton keçmiş komanda yoldaşı Niko Rosberqə cavab verib.

F-1.az bildirir ki, almaniyalı sürücü keçən həftə Maks Ferstappenin artıq Həmiltondan daha güclü sürücü olduğunu və britaniyalı pilotun artıq yaşlandığını demişdi.

Lyuis Həmilton: “Onun bloqunu oxumadım. O yazı mənim həyatımdakı heç nəyə təsir etməz. Bəlkə də, haqlıdır ya da haqsızdır. Məni maraqlandırmır. Hamının öz fikri var. Məncə, rekordlarım və nəticələrim hər şeyi göstərir. Uğursuz insanlar çox danışmağı sevirlər və bu, problem deyil. Oxuduğum kitabda belə bir yazı var idi: İnsanlar sizin barənizdə pis söz deyirlərsə, bunu şəxsi qəbul etməyin, çünki onlar əslində özləri barədə danışırlar. Özümü yaxşı hiss edirəm. İndi bəlkə yaxşı deyiləm, çünki xəstələnmişdim. Ancaq bu həftəsonu daha güclü formada geri qayıtdım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*