T.Volff: “Bottas hər şeyi düzgün etdi”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Bottasın yarışı qazanmasına sevinsə də, Həmiltonun 4-cülüynə üzülüb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Rusiyada Formula1 karyerasının 81-ci yarışında ilk qələbəsini qazandığı halda, Həmilton komanda yoldaşından 36 saniyə geri qalaraq, 4-cü olmuşdu.

Toto Volff: “Valtteriyə görə çox sevinirəm. Əla yarışdı və ilk qələbəsini qazandı. Amma Lyuisin bolidində davamlı qızdırma problemi var idi və buna görə də maksimum həddə sürə bilmədi. Həmiltona görə ikinci təhlükəsizlik avtomobili periodunu istəsək də, olmadı.

Valtteri isə Sebastyanın təzyiqlərinə yaxşı tab gətirərək yarışı qazandı. Amma Lyuislə arasındakı 36 saniyə fərq reallığı əks etdirmirdi. Kimi də yarışda sürətli idi və Həmiltonun ona çatması mümkünsüz idi. Növbəti yarışda bu problemlərin təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*