D.Kulthard: “Həmilton Ferrari-yə getməyəcək”

Sabiq Formula1 sürücüsü Devid Kulthard altıqat Dünya Çempionu Həmiltonun Ferrari-yə keçəcəyinə inanmır.

F-1.az xatırladır ki, bəzi iddialara əsasən britaniyalı pilot 2021-ci ildə Ferrari-yə keçəcək.

Devid Kulthard: “İnanmıram ki, Mercedes-dən başqa yerdə yarışsın. Əminəm ki, Ferrari ilə danışıqlar aparır. Amma həmişə Mercedes-lə yarışıb və niyə oradan ayrılsın? Lyuis ingiliscə danışılan yerlərdə yaşamaq istəyir. Boş vaxtlarında Amerikada əylənir, İngiltərədə isə yaşayır. İnanmıram Ferrari-də yarışmaq istəsin. Pul üçün ora gedəcək? Onsuz da pulu var. Düşünürdüm ki, keçən ilin sonunda karyerasını bitirəcək. Ancaq indi elə düşünmürəm. Bir neçə il qalacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*