14 Noyabr 2019, Cümə axşamı - 19:57

L.Həmilton Hələbdəki uşaqlara kömək üçün çağırış edib

L.Həmilton Hələbdəki uşaqlara kömək üçün çağırış edib

Müəllif: Elçin Zodorov, redaktor

10:12 - 21 Dekabr, 2016

Britaniyalı sürücü sosial şəbəkələrdəki şəxsi hesablarında bu barədə paylaşımlar edib.

Hələbdə müharibə davam edir və müxtəlif qurumlar hamının diqqətini orada köməksiz qalan uşaqlara çəkməyə çalışır. F-1.az bildirir ki, Formula1 sürücüləri də hadisələrə biganə qalmayıblar. UNİCEF-in səfiri olan və dəfələrlə Haitidəki insanlar başda olmaqla, bir çox köməksiz insana yardım edilməsi üçün çağırışlar edən Həmilton sosial şəbəkələrdəki hesablarında Hələbdəki vəziyyətlə bağlı paylaşımlar edib.

Lyuis Həmilton: “Hələbdə minlərlə uşaq çarəsiz vəziyyətdə qalıb. UNİCEF ehtiyacı olan ailələrlə əlaqə yaratmağa çalışır. Xahiş edirik ki, qurumun səhifəsinə baş çəkərək kömək edəsiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 438
Teqlər ,
Paylaş

logo