L.Həmilton: “Ferrari düzlüklərdə sürətlidir”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Ferrari düzlüklərdə çox sürətlidir.

F-1.az xatırladır ki, “qırmızılar” Bəhreyndə sıralanma turunda ilk cərgəni tutublar. Həmilron isə poul qazanmış Leklerdən 0.3 saniyə geri qalaraq üçüncü olub.

Lyuis Həmilton: “Ferrari-dən inanılmaz performans gördük. Düzünü desəm, yekunda onlara bu qədər yaxın olacağımı düşünmürdüm. Düzlükdə çox sürətli idilər. Biz isə onlara nisbətən düzlükdə çox itirdik. Necə oldu templəri belə artdı? Bolid bizim üçün problemsiz idi. Bu tras son illərdə bizim üçün uğurlu olmayıb. Lakin bu gün vəziyyətimiz yaxşı idi. Sadəcə düzlüklərdə çox vaxt itirdik. Birinci sektordakı düzlükdə 0.2-0.3 saniyə itiririk. Bu da ciddi itkidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*