21 Noyabr 2019, Cümə axşamı - 14:31

N.Robserq: “Həmiltonla yaxın dost deyilik”

N.Robserq: “Həmiltonla yaxın dost deyilik”

Müəllif: Elçin Zodorov, redaktor

12:21 - 19 İyul, 2016

Niko Rosberq və Lyuis Həmiltonun arasında uşaqlıqdan bəri dostluq olub. Lakin onlar Mercedes AMG-də komanda yoldaşı olduqdan sonra bu dostluq əvvəlki kimi deyil.

F-1.az xatırladır ki, sürücülərin münasibətləri 2014-cü ildə Belçika, bu il isə İspaniya və Avstriya Qran Prilərində baş verən qəzalardan sonra gərginləşmişdi. Həmilton Avstriyadakı yarışdan əvvəl Rosberqlə dostluğunun görünəndən daha möhkəm olduğunu bildirmişdi. Lakin alman sürücü bunun belə olmadığını düşünür.

Niko Rosberq: “Lyuisi məğlub etmək… O, ən yaxşı rəqiblərdən biridir. Dünya çempionu olduğu üçün onu məğlub etdikdə məmnuniyyət duyursan. Ona çox böyük hörmətim var, amma biz dost deyilik. İkimiz də rəqabətə meyilli olduğumuz üçün dost olmağımız çətindir. Əvəllər də əslində belə idi. Kim neçə dilim pizza yeyə bilər? Liftdən otelin otağına kim daha tez çata bilər? Rəqabət həmişə var idi, amma üzərimizdə komandanın, medianın və pulun təzyiqi yox idi. Bu amillər işləri çətinləşdirir.

Onun əldə etdiyi uğurlardan xəbərdaram. Böyük şeylər edib və məni də məğlub edib. Lakin mən mübarizəyə qayıtdım və indi həmişəkindən daha çox rəqabət var. Əgər mən ancaq çempionatdakı vəziyyəti düşünsəydim, aradakı xal fərqi 43-dən 1 -ə endiyinə görə ruhdan düşərdim. Amma belə olmadı. Silverstoun çətin yarış idi. Amma nəticə məni qane etməlidir. Çünki daha pis yer tutub daha çox xal itirə bilərdim”.

Lyuis 4-cü çempionluq uğrunda vuruşarkən Niko da ilk dəfə çempion olmaq üçün çalışır. Çempion ola bilmək üçün bu ilin karyerasındakı ən yaxşı fürsət olub-olmadığına belə cavab verib: “Belə düşünmürəm. Bəli, qarşımda böyük fürsət var. Amma bu, hər şey demək deyil. Qalib gəlmək üçün sürərkən daha motivasiyalı oluruq. Bu, 12-ci və ya 13-cü yeri tutmaq uğrunda gedən mübarizəyə bənzəmir. Çempionluq üçün olan mübarizə çox zəhmət tələb edir, amma bu, sürüş tərzinə çox da təsir etmir. Komanda daxilində bir vəzifəm var, onlar üçün də mühəndislər kubokunu qazanmaq çox vacibdir. Mənim də xəyalım dünya çempionu olmaqdır və bunun üçün çalışıram. Bunun üçün hər şeyimi verirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 607
Teqlər , ,
Paylaş

logo