11 Dekabr 2018, Çərşənbə axşamı - 10:47

Rusiya-2016: Birinci sərbəst yürüşlər

Rusiya-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:58 - 29 Aprel, 2016

Birinci sərbəst yürüşlərdə iki komandada müvəqqəti dəyişiklik olub – Force İndia komandasında Alfonso Seliş, Renault komandasında isə Sergey Sirotkin müvafiq olaraq Niko Hülkenberqi və Kevin Maqnusseni əvəz ediblər.

F-1.az xatırladır ki, sessiyanın əvvəlində Daniel Rikkardo komandasının hazırladığı başın müdafiə sistemini test edib – bir dövrə vurduqdan sonra Daniel boksa qayıdıb, sistem maşından sökülüb və sürücü işini davam etdirib.

Bundan sonra komandalar və FİA iki variantın – Ferrari-nin test etdiyi Halo-nun və Red Bull-un bu gün test etdiyi AeroScreen-in dərin təhlinini aparacaqlar, bütün müsbət və mənfi rəylər nəzərə alındıqdan sonra 2017-ci üçün iki sistemdən biri məcburi elan olunacaq.

Felipe Massanın maşınında ilişmə muftası sıradan çıxdığı üçün sürücü dərhal boksu tərk edə bilməyib –  mexaniklər uzun müddət maşın üzərində işləməli olublar. Rio Haryanto da sessiyanın böyük bir hissəsini boksda keçirməli olub, Fernando Alonso da problemdən kənar qalmayıb.

Sürüşkən asfaltda bütün sürürücülər səhv ediblər – Həmilton, Fettel, Batton, Kvyat və Palmer yerində fırlanıblar, amma maşınlara zərər dəyməyib.

Protokollara Niko Rosberq başçılıq edib – 1:38.127, günün ən böyük məsafəsini isə Valtteri Bottas qət edib – 34 dövrə. Nahardan sonra məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:38.12732
244Lyuis HəmiltonMercedes AMG1:38.849+ 0:00.72231
35Sebastyan FettelFerrari1:39.175+ 0:01.04819
47Kimi RəykkönenFerrari1:39.332+ 0:01.20518
519Felipe MassaWilliams1:39.365+ 0:01.23814
63Daniel RikkardoRed Bull1:39.650+ 0:01.52324
777Valtteri BottasWilliams1:39.802+ 0:01.67534
826Daniil KvyatRed Bull1:40.218+ 0:02.09126
911Serxio PeresForce İndia1:40.287+ 0:02.16022
1055Karlos SaynsToro Rosso1:40.654+ 0:02.52721
1122Censon BattonMcLaren1:40.663+ 0:02.53619
1214Fernando AlonsoMcLaren1:40.771+ 0:02.64418
1346Sergey SirotkinRenault1:40.898+ 0:02.77124
1412Felipe NasrSauber1:41.085+ 0:02.95821
1533Maks FerstappenToro Rosso1:41.134+ 0:03.00722
1621Esteban QutyerresHaas1:41.238+ 0:03.11118
178Roman QrojanHaas1:41.385+ 0:03.25820
1830Colion PalmerRenault1:41.671+ 0:03.54425
199Markus ErikssonSauber1:41.962+ 0:03.83522
2094Paskal VerlyaynManor1:42.483+ 0:04.35621
2188Rio HaryantoManor1:42.687+ 0:04.5608
2234Alfonso SeleşForce İndia1:43.432+ 0:05.30523

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 232
Teqlər , , , ,
Paylaş

logo