Ştiriya-2020: Birinci sərbəst yürüşlər

Şpilberqdəki ilk yarışdan cəmi bir neçə gün keçsə də, komandalar bu dəfə yeniliklər gətiriblər və ilk məşqləri onların səmərəliliyini yoxlamağa həsr ediblər. Bir çox pilot ilk yarım saatda trasa aerodinamik sensorlarla çıxıb.

F-1.az bildirir ki, ilk sessiyada iki ehtiyat sürücü iştirak edib – Robert Kubitsa Antonio Covinatsini, Cek Eytken isə Corc Rasselli əvəzləyib. Haas-da keçən həftə Qrojan əyləclərdəki sızmaya görə ilk sərbəst yürüşləri qaçırmışdısa, bu dəfə komanda yoldaşı Maqnussen güc qurğusundakı problemə görə cəmi 3 dövrə vura bilib.

Latifi 27-ci dəqiqədə ötürmələr qutusu sıradan çıxdığı üçün trasda dayanmalı olub və Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Bir qədər sonra isə bu rejim təxliyə maşınına ehtiyac olduğu üçün qırmızı bayraqlarla əvəz edilib. Fasilə 7 dəqiqə davam edib.

Fettel trasdan çıxıb, Kvyat isə üçüncü döngədə yerində fırlanıb. Hər iki halda sürücülər yollarına davam edə biliblər.Protokllara Ferstappeni cüzi fərqlə üstələyən Peres başçılıq edib – 1:04.867. Hər iki sürücü Soft təkərlərlə nəticə göstəriblər. Mercedes pilotları isə Medium və Hard təkərlərlə işləyiblər.

İkinci sərbəst yürüşlər Bakı vaxtı ilə 17:00-da başlayacaq.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 11 Serxio Peres Racing Point 1:04.867 32
2 33 Maks Ferstappen Red Bull 1:04.963 + 0:00.096 31
3 77 Valtteri Bottas Mercedes AMG 1:05.089 + 0:00.222 31
4 44 Lyuis Həmilton Mercedes AMG 1:05.120 + 0:00.253 28
5 18 Ləns Stroll Racing Point 1:05.396 + 0:00.529 36
6 23 Aleksander Elbon Red Bull 1:05.483 + 0:00.616 28
7 55 Karlos Sayns McLaren 1:05.602 + 0:00.735 40
8 10 Pyer Qasli AlphaTauri 1:05.698 + 0:00.831 27
9 3 Daniel Rikkardo Renault 1:05.769 + 0:00.902 31
10 5 Sebastyan Fettel Ferrari 1:05.770 + 0:00.903 25
11 26 Daniil Kvyat AlphaTauri 1:05.815 + 0:00.948 28
12 16 Şarl Lekler Ferrari 1:05.837 + 0:00.970 28
13 31 Esteban Okon Renault 1:05.874 + 0:01.007 35
14 4 Lando Norris McLaren 1:05.908 + 0:01.041 25
15 7 Kimi Rəykkönen Alfa Romeo 1:06.441 + 0:01.574 23
16 8 Roman Qrojan Haas 1:06.446 + 0:01.579 31
17 40 Cek Eytken Williams 1:06.768 + 0:01.901 35
18 88 Robert Kubitsa Alfa Romeo 1:06.797 + 0:01.930 31
19 6 Nikolas Latifi Williams 1:09.598 + 0:04.731 6
20 20 Kevin Maqnussen Haas 3
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*