İspaniya Qran Prisi: Birinci sərbəst yürüşlər

Komandalar Barselonaya qış testlərindən sonra mayda qayıtmağı gözləsələr də, bu, koronavirusa görə avqustun ortalarında baş verib. Keçən həftə Silverstounda isti havada yaranan təkər problemlərinin təkrarlanmaması üçün iştirakçıların diqqəti məhz bu məsələyə yönəldilib.

F-1.az bildirir ki, Sebastyan Fettelin maşınının şassisində keçən həftə çat aşkar edildiyindən, onu yenisi ilə əvəzləniblər. Saynsa da yeni monokok verilib – mexaniklər həddən artıq isinmə probleminin səbəblərini tapmağa çalışıblar.

Williams-da Corc Rasseli Formula1-də ilk dəfə sükan arxasında əyləşən Roy Nissani əvəzləyib. AlphaTauri-də Kvyatın maşını üzərində işlər getdiyindən, rusiyalı sürücü sessiyanın yarım saatdan çoxunu itirib.

Sessiya sakit keçib. Nissani son dəqiqələrdə yerində fırlansa da, maşın zədələnməyib. Protokollara 1:16.785-lik nəticə ilə Valtteri Bottas başçılıq edib. Məşqlər günün ikinci yarısı edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:16.785 33
2 44 Lyuis Həmilton Mercedes AMG 1:16.824 + 0:00.039 29
3 33 Maks Ferstappen Red Bull 1:17.724 + 0:00.939 26
4 16 Şarl Lekler Ferrari 1:17.970 + 0:01.185 27
5 5 Sebastyan Fettel Ferrari 1:17.981 + 0:01.196 27
6 8 Roman Qrojan Haas 1:18.291 + 0:01.506 29
7 11 Serxio Peres Racing Point 1:18.471 + 0:01.686 31
8 23 Aleksander Elbon Red Bull 1:18.606 + 0:01.821 27
9 20 Kevin Maqnussen Haas 1:18.620 + 0:01.835 28
10 18 Ləns Stroll Racing Point 1:18.643 + 0:01.858 31
11 55 Karlos Sayns McLaren 1:18.733 + 0:01.948 33
12 31 Esteban Okon Renault 1:18.736 + 0:01.951 31
13 4 Lando Norris McLaren 1:18.744 + 0:01.959 32
14 10 Pyer Qasli AlphaTauri 1:18.888 + 0:02.103 26
15 99 Antonio Covanatsi Alfa Romeo 1:18.917 + 0:02.132 24
16 7 Kimi Rəykkönen Alfa Romeo 1:18.981 + 0:02.196 24
17 26 Daniil Kvyat AlphaTauri 1:19.145 + 0:02.360 21
18 3 Daniel Rikkardo Renault 1:19.230 + 0:02.445 31
19 6 Nikolas Latifi Williams 1:20.334 + 0:03.549 30
20 40 Roy Nissani Williams 1:20.664 + 0:03.879 25
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*