V.Bottas: İkinci cəhddə önə çıxa bilərdik

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, quru təkərlərlə ikinci sürətli dövrəni vura bilsə, yaxşı yer tuta bilərmiş.

F-1.az xatırladır ki, finlandiyalı sürücü də koanda yoldaşı Həmilton kimi quru təkərlər gec keçib və poul ala biləcəyi sıralanma turunda 7-ci yeri tutub.

Valtteri Bottas: “Birinci və ikinci sessiyalar yaxşı idi. Hər şəraitdə tempimiz var idi. Lakin son sessiyada asfalt qurumağa başlayanda… Bilmirəm. Məncə, pitə gec gəldik. Bəziləri quru hava təkərlərini tez götürmüşdülər. Lyuisin maşınında problem olduğu üçün vaxt itirdik və sadəcə 1 dövrə vura bildik. O dövrədə də təkərləri işlədə bilmədik. İkinci bir cəhd olsa, yaxşı yer tutardıq. Çox məyusedici haldır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*