22 Avqust 2019, Cümə axşamı - 07:51

Sürücülər təhlükəsizlik maşınının arxasında start almaqdan narazı qalıblar

Sürücülər təhlükəsizlik maşınının arxasında start almaqdan narazı qalıblar

Müəllif: Rauf Hacıyev, redaktor

10:06 - 11 İyul, 2016

Formula1 sürücüləri bildiriblər ki, təhlükəsizlik maşını trasda çox qalıb və onlar təkərlərini isitməkdə çətinlik çəkiblər…

F-1.az xatırladır ki, yarışın başlamasına 20 dəqiqə qalmış yağış başlayıb. Bundan sonra komandalar planlarını dəyişiblər və bütün sürücülər yağış təkəri ilə start alıblar. Amma startın təhlükəsizlik avtomobilinin arxasında verilməsi sürücülər tərəfindən tənqid edilib.

Bu barədə danışan Censon Batton qərarı müdafiə edib: “Məncə, doğru qərar idi. Trasın bəzi yerlərində çoxlu su var idi və təhlükəli idi. Amma təhlükəsizlik avtomobili 1-2 dövrə tez çıxa bilərdi. Trasda çox qaldı. Trasda çox qaldığı üçün fərqli strategiyalar olmadı. Hamı üçün keçid təkərləri hazırlanmışdı və bütün komandalar bunu tətbiq etdilər. Təhlükəsizlik avtomobili tez çıxsaydı, fərqli strategiyalar ola bilərdi”.

Rosberq isə bildirib ki, belə halda sürücülərin fikirləri öyrənilməlidir: “Startda çoxlu su var idi. Qərar doğru idi. Amma təhlükəsizlik avtomobili trasda çox qaldı. Bir və ya ikinci dövrədən sonra yarışmağa hazır idim”.

Yarışın qalibi Həmilton isə normal startın tərəfdarı olan nadir sürücülərdəndir: “Məncə, yarış normal startla başlaya bilərdi. Bəli, bəzi yerlərdə çoxlu su var idi, amma bu da işin gözəl tərəfi olacaqdı. Çox gözlədik. Təhlükəsizlik avtomobili trasdan çıxdıqda isə, keçid təkərlərinin vaxtı gəlmişdi. 2008-ci ildə hava şəraiti daha pis idi. Amma normal start almağımıza icazə vermişdilər. Buna görə də, bu gün eynisini edə bilərdik”.

Toro Rosso komandasının sürücüsü Karlos Sayns da təhlükəsizlik avtomobilinin trasda çox qaldığını düşünür: “Bu gün təhlükəsizliyi pn plana çəkdilər. Amma 1-2 dövrədən sonra yarışa start verə bilərdik. hamı şəraiti başa düşmüşdü”.

Fettel də qərarla razılaşan sürücülər arasındadır: “Düşünürəm ki, doğru qərar verildi. Təhlükəsizlik avtomobilindən sonra tras keçid təkərləri üçün əlverişli vəziyyətə gəlmişdi. Buna görə də fərqli strategiyalar yoxlaya bilmədik. Hamı eyni zamanda eyni manevri etməli oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 290
Teqlər , , , ,
Paylaş

logo