Z.Braun: “Battonun hazır olmadığını demək yanlışdır”

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, çıxan xəbərlərin əksinə, Batton Monako yarışını səbirsizliklə gözləyir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Monako yarışında Fernando Alonsonu əvəz edəcək, amma Mark Uebber qeyd etmişdi ki, Batton bu yarışı ciddiyə almır.

Zek Braun: “Mark Uebberin açıqlamasını oxuyanda məyus oldum. Bu şərhi Censonla danışaraqmı verib, bilmirəm, lakin mən bilirəm ki, Batton bu yarışı çox ciddiyə alır və komandaya kömək etmək üçün əlindən gələni edir. Monako yarışı üçün komanda ilə çoxlu vaxt keçirir və bazada simulyatorda işləyir. Onsuz da fiziki cəhətdən yarışa hazırdır və onun çətinlik çəkəcəyini gözləmirik. 17 ildir ki, bu işlə məşğul olan sürücü mövsümün 5 yarışında çıxış etməyib deyə, onun ideal formadan uzaq olduğunu söyləmək olmaz. Yarışda əlindən gələni edəcək”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*