F.Alonso Vandorndan çəkinmir

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, debütant komanda yoldaşı Stoffel Vandorndan çəkinmir...

F-1.az xatırladır ki, Vandorn bu ildən etibarən Battonu əvəz edəcək və idmanda ilk tam mövsümünü keçirəcək.

Formula1 üzrə 2 qat Dünya Çempionu Fernando Alonso belçikalının çox istedadlı olduğunu və onu komandada gördüyünə sevindiyini bildirib: “Debütant bir sürücünün yaxşı nəticələr alması asan deyil. Stoffel ilk yarışı olan Bəhreyndə əla performans göstərmişdi. Bu da onun keyfiyyətini göstərir.

Əvvəllər də debütantlarla komanda yoldaşı olmuşam. Renault-da çıxış edəndə Nelsinyo Pike və Roman Qrojanla işləmişdim. Onlar da gənc yaşlarına baxmayaraq, əla işlər görmüşdülər. Amma çox sürətli deyildilər.

Görək bu il nə olur. Sözün açığı, narahat deyiləm. Vandorn hazırda mənimlə çempionluq uğrunda mübarizə apara bilməyəcək. Məqsədimiz tam başqadır. Orta qrupdayıq və davamlı xal almaq üçün bir-birimizə kömək etməliyik. Komandaya yeni nəfəs gətirib. GP2 və Super Formula-da çox uğurlu idi. Ümid edirəm ki, onun üçün gözəl mövsüm olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*