F.Alonso təqaüdə çıxır?

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bildirib ki, 2017-ci ildəki bolidləri bəyənməsə, idmandan gedəcək...

F-1.az xatırladır ki, Fernando Alonso son vaxtlar yeni bolidləri bəyənmədiyini deyir və o əlavə edir ki, Formula1-in əvvəlki dövrləri üçün darıxır.

İspaniyalı sürücü müasir F1 barədə danışıb: “Hazırkı bolidlər çox yavaşdırlar və bu sürüş həyəcanını azaldır.

Mən iki il daha yüksək səviyyədə çıxış edə bilərəm. İki il də bu tempdə davam edə bilərəm. Daha sonra fiziki vəziyyətimə baxacam.

Ondan başqa 2017-ci il bolidləri mənim üçün çox maraqlıdır. Yeni bolidləri sürəndən sonra gələcəyim barədə qərar verəcəm.

Sükan arxasında 30 il çıxış edəndən sonra nə edəcəyimi deyə bilmərəm, amma təqaüdə çıxsam, geri dönməyəcəm.

Mən əvvəl də demişdim ki, Le Man seriyasını sevirəm ya da Kartinqə qayıdaram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*