D.Rikkardo: İstədiyimi edə bilmədim

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, tam performansını göstərə bilməyib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü cümə axşamı sərbəst yürüşlərini 15-ci yerdə bağlayıb.

Daniel Rikkardo: “Sözün açığı, burada özümə çox inanırdım. Sadəcə bunu nəticələrdə göstərə bilmədim. Düzünü desəm, sükan arxasında əsəblərim pozuldu, çünki istədiyim kimi dövrə ata bilmədim. Çox əsəbləşdim, amma yarışa çox var və boş günümüz var. Hazırda harada vaxt itirdiyimizi axtarırıq. İkinci sektorda çox zəifəm. Əsasən beşinci, altıncı və aşağı sürətli döngələrdə çox zəifəm. Bunları araşdıracağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*