F.Alonso: Növbəti addım qələbədir

İspan sürücü Monakodakı uğurlu həftəsonundan sonra ev yarışı olan İspaniya Qran Prisinə nikbin baxır.

F-1.az xatırladır ki, Bakı istisna olmaqla, bu mövsüm bütün yarışlarda podiuma yüksələn Fernando Monakoda ikinci olub. Onun daha əvvəlki podium nəticələrinin üçüncülük olduğunu saysaq, cari mövsümdə ən yaxşı nəticəsini göstərib.

Fernando Alonso: “Monakodakı heyrətamiz nəticə məni hələ də heyran edir. Ancaq diqqətimi İspaniyadakı ev yarışıma çevirməyin vaxtı gəldi. İspan tamaşaçıları və komandamızı dəstəkləməyə gələcək bütün Aston Martin azarkeşləri ilə görüşməyi səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, bu həftə sonu tribunalarda çoxlu yaşıllıq görəcəyəm.

Bu il dəfələrlə üçüncü yeri tutduq, Monakoda isə ikinci yerin sahibi olduq. İndi növbəti addım qələbədir. Buna nail olmaq üçün həftəsonunun hər sessiyasından, yarana biləcək bütün imkanlardan maksimum yararlanmalıyıq. Amma mən buna aludə deyiləm, hər anımızdan həzz alacağıq. Bu trasda çoxlu təcrübəmiz var. Trasın sondakı şikansız versiyasında yenidən yarışmaq maraqlı olacaq, ümid edirəm ki, bu, daha çox ötmə imkanları qazanmağımıza kömək edəcək”.

Xatırladaq ki, Alosnonun aktivində 6 yarışdan sonra 93 xal var və sürücülər çempionatında yalnız Red Bull sürücülərindən geri qalır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*