F.Alonso: “Bir neçə ay əvvəl Spada 7-ci yer sürpriz olardı”

Fernando Alonso bildirib ki, Belçikada əldə etdikləri 7-cilik onlar üçün sürpriz olub...

F-1.az xatırladır ki, Alonso yarışa 22-ci yerdən başlasa da, düzgün strategiya seçərək yarışı 7-ci yerdə bitirib.

Alonso yarışın sonunda özündən sürətli olan Williams sürücülərini arxasında saxlaya bilib. McLaren qazandığı 6 xalın hesabına turnir cədvəlində Toro Rosso komandasını qabaqlayıb.

Fernando Alonso: “Yaxşı yarış oldu. Həftəsonu bizim üçün pis başlasa da, yarışda hər şey yaxşı idi. Bu dəfə bəxtimiz gətirdi və qəzalardan qaça bildik. Yeddincilik yaxşı nəticədir. Censon sıralanmada ilk onluğa düşmüşdü. Bu gün yenə ilk onluqdayıq. Biz bir neçə ay əvvəl bu barədə düşünə bilməzdik. Buna görə də bu yaxşı xəbərdir. Bir neçə ay əvvəl Spada Williams-larla mübarizə aparmaq qeyri-mümkün görünürdü və bu bizim doğru yolda olduğumuzu göstərir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*