N.Rosberq: “Hər şey keçmişdə qaldı”

Niko Rosberq bildirib ki, İspaniya QP-də komanda yoldaşı Lyuis Həmilton ilə aralarında yaşanan insident artıq geridə qalıb.

F-1.az xatırladır ki, Rosberq və Həmilton İspaniya QP-nin 3-cü döngəsindən ilk iki mövqedə çıxsalar da, insident yaşayaraq yarışı vaxtından əvvəl dayandırmışdılar.

Rosberq bildirib ki, artıq bütün hadisələri geridə qoyub və Həmilton ilə aralarındakı münasibət dəyişməyəcək: “Həmişə çox işləyirik və 3 ildir ki, çempionluq mübarizəsi aparırıq.

Amma digər tərəfdən, komanda üçün sürürük. Çox işləsək də, əylənirik. Çünki bir-birimizlə mübarizə aparırıq.

Sözün düzü, bazar günü bizim üçün yaxşı keçmədi, amma münasibətimiz elə əvvəlki kimi olacaq.

Hətta bu barədə çox düşünmürəm. Mənim üçün hər şey keçmişdə qaldı. İnsanların hələ də bu barədə danışması məni təəccübləndirir. Ancaq başa düşürəm. Söhbət mənim üçün bağlanıb.

Bizim məqsədimiz qələbə uğrunda mübarizə aparmaqdır. Komanda da bunu istəyir. Bunun hesabına komandanın daxilində həyəcan olur. Amma sonuncu bazar günü yaxşı keçmədi.

Hər şey keçmişdə qaldı. Artıq gələcəyə baxmalıyıq. Bu barədə düşünmürəm və testlərə fokuslanmışam. Testlərdən çox şey öyrəndim”.

İtaliya mətbuatından çıxan xəbərlərə görə Rosberq 2017-ci ildən etibarən Ferrari-yə keçə bilər: “Mercedes-də xoşbəxtəm, amma görək gələcəkdə nə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*