12 Noyabr 2019, Çərşənbə axşamı - 06:50

J.Erik Vern Ferrari-dən ayrılıb

J.Erik Vern Ferrari-dən ayrılıb

Müəllif: Rauf Hacıyev, redaktor

16:28 - 21 Fevral, 2017

Jan Erik Vern yeni mövsümdən etibarən Ferrari-dən ayrılır və fransalı artıq “qırmızılar”ın ehtiyat sürücüsü olmayacaq.

F-1.az xatırladır ki, Vern Formula E seriyasında Techeerah komandasının həm sürücüsü, həm də idarə heyətinin üzvü olacaq.

Jan Erik Vern: “Bu mövsüm orada ehtiyat sürücü ola bilməyəcəyim məlum idi. Ferrari ilə yaxşı münasibətim var. Amma yarışlarda iştirak etmədiyim üçün burada olmaq istəmədim.

Xatırladaq ki, Vern Formula1-də 2012-ci ildə Toro Rosso komandası ilə debüt etmiş və 2014-cü ilin sonunda komandadan göndərilmişdi. 26 yaşlı sürücü 2015-ci ildə ehtiyat sürücü kimi Ferrari-yə transfer olunmuşdu.

Vern bildirib ki, gələcəkdə WEC və ya Le Manda yarışa bilər: “Bu mövzu üzərində düşünürük. WEC-də bəzi yarışlara və Le Manın 24 saatlıq marafonuna qoşulmaq istəyirəm. Alternarivlər çoxdur, amma detallara baxmalıyam. Əgər bu mövsüm bunları edə bilsəm, maraqlı olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 394
Teqlər ,
Paylaş

logo