Skuderiya sürücüləri doğma mərhələdə qırmızı rəngli kombinezonlarda çıxış edəcəklər. Komandanın mətbuat xidmətinin yazdığına görə, bu çalar “Mixael Şumaxerin yarış dünyasına təsirindən ilhamlanıb”.
Kombinezonların üzərinə vaxtilə yeddiqat dünya çempionunun yarış dəbilqəsini bəzəyən eyni ulduzlar və alman sürücünün özünəməxsus loqosu həkk olunub.
Ferrari tərəfindən yayımlanan studiya fotolarından birində Lyuis Həmilton qırmızı örtüklə örtülmüş Ferrari SF-26-nın üzərində əyləşib. Bu da təsdiqləyir ki, gələn həftə Mixael Şumaxerə həsr olunmuş Monza üçün maşınların xüsusi rəng çalarını da görəcəyik.





