K.Sayns: Həzz aldım

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, ABŞ-da cümə günündən həzz alıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü birinci sərbəst yürüşlərdə 5-ci olsa da, ikincidə doqquzuncu yerlə barışmalı olub.

Karlos Sayns: “Gülürəm, çünki həzz aldım. Bura sürmək üçün əla trasdır və hər dövrədən həzz alıram. İlk sessiya sazlanmaya və trasdakı qabarlara görə çətin idi. Son sessiyada trafikə düşsəm də, yaxşı nəticə göstərdim.

Bu bolidlər küləyə və çirkli havaya qarşı həssasdırlar. Bolidlər arasında böyük boşluqlar olmalıdır. Son sektorda trafikə düşsəniz, təkərlərin temperaturu və kirli hava sizə zərər verir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*