S.Fettel: Belə olmaz

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, əlindən gələni etsə də, maşının potensialı 14-cü yer olub.

F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri yarışa 7-ci cərgədən başlayacaqlar. Lekler 13-cü yeri tutduğu halda, Fettel 14-cü yerlə razılaşmalı olub.

Sebastyan Fettel: “Olanımız budur. Sıralanma turundakı zaman nəticələri bolidimizin bu trasdakı real göstəricisidir. Cümə günündən etibarən sazlanmalar axtarırdıq. Amma hazırda bolidimizin potensialı bura qədərdir..

Bu, mənim işim olsa da, sıralanma turunda güc bəla ilə ikinci sessiyaya qalmaq və sonda 13-14-cü yerləri tutmaq xoş hal deyil. Bu, uğur deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*