R.Şumaxer: Sürücülər Ferrari-ni geri salırlar

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer düşünür ki, Ferrari-nin maşını sürücülərdən daha yaxşı vəziyyətdədir.

F-1.az xatırladır ki, Ferrari bu il ilk 5 yarışdan sonra sadəcə 1 dəfə podiuma yüksələ bilib və qeyri-stabil təsir bağışlayıb. Komandanın sürücüləri Lekler və Sayns bolidə öyrəşməkdə çəyinlik çəkirlər. Bakı və Mayami yarışlarında bu hal daha da çox hiss olundu. Saysn Bakıda bolidi sürməkdə çətinlik çəkdiyi halda, Lekler Mayamidə iki dəfə qəza etdi.

Ralf Şumaxer: “Ferrari yenə də gözləntiləri qarşılaya bilmədi. Ümumilikdə isə, Frederik vassyör rəhbər olandan sonra komanda məndə daha xoş təəssürat yaradır. Maranelloda başqa dəyişiklikıər olsa da, komandanın əsas problemi sürücülərdir.

Şarl və Karlos stabil deyillər. Məsələn, Lekler dedi ki, mühəndislərə qulaq asmayıb və aqressiv sazlanma seçib. Etdiyi səhvlər onun ya peşəkarlıqdan uzaq olduğunu və ya Ferrari üçün çempionluq qazancaq səviyyədə olmadığını göstərir. Bu təəssüratı yaradır.

Sayns Bakıda komanda yoldaşından 0.8 saniyə geri qalırdı. Mayamidə isə onun səviyyəsində idi. Yarış ərzində səhv etdi. Əylənmədə təkri kilidlədi və pitə girdi. Sonr aməlum oldu ki, pit yolunda sürət həddini aşıb. Sözün açığı, Ferrari komandası hazırda sürücülərindən daha yaxşı vəziyyətdədir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*