17 Avqust 2019, Şənbə - 14:47

K.Horner: “Rikkardo üçün doğru strategiya seçdik”

K.Horner: “Rikkardo üçün doğru strategiya seçdik”

Müəllif: Rauf Hacıyev, redaktor

15:07 - 16 May, 2016

Red Bull Racing komandasının rəhbəri Kristian Horner düşünür ki, Daniel Rikkardonun Sebastyan Fettelə qarşı 3 pit-stop strategiyası qələbə üçün ən yaxşı strategiya idi.

F-1.az xatırladır ki, həm Rikkardo, həm də Fettel iki pit-stop taktikası ilə yarışan rəqiblərindən geri qalıblar. Ferstappen isə Red Bull ilə çıxdığı ilk yarışında qalib gəlib.

Buna baxmayaraq, Horner bildirib ki, iki Mercedes sürücüsü bir-birinə çırpıldıqdan sonra liderliyə yüksələn Rikkardoya qələbə üçün 3 pit-stoplu strategiya düşünüblər: “Sebastyan Karlosu keçib, önü açıldıqdan sonra tempinin çox güclü olduğunu gördük. Bizdən sürətli idi. Biz onları geridə saxlamaq üçün 3 dəfə pit-stop etməli idik.

Buna görə də bolidlərimizin biri ilə Fetteli arxamızda saxlamalı idik və bunu ən yaxşı edəcək sürücü isə birinci yerdə gedən Daniel Rikkardo idi. Buna görə də 3 dəfə pit-stop etməyə qərar verdik.

Ferrari də eyni şeyi düşünürdü və sonuncu pit-stopa daha tez girdilər və beləliklə, Sebastyan bizi keçdi. Biz deyəsən, 5 və ya 6 dövrə sonra pitə girdik və beləliklə, rəqibimizə qarşı tras üzərində üstünlük qurmaq istədik”.

Horner düşünür ki, əgər Rikkardo sonuncu pitdən sonra Fetteli keçə biləydi, Ferstappen və Rəykköneni də keçə bilərdi. Amma bunu bacarmayıb və beləliklə, strategiya da işləməyib: “İki pit-stopdan ibarət olan strategiya böyük üstünlük gətirdi. Sebastyan öndə gedən bolidlərə çatmaq üçün lazımi sürətə sahib deyildi. Sonuncu pitdən sonra, deyəsən, problemləri var idi. Daniel Sebastyanı keçsəydi, liderlərə nisbətən daha əlverişli vəziyyətdə olacaqdı.

Burada oturub, nəsə demək asandır, amma yarış ərzində bunun sürətli və əlverişli strategiya olduğunu düşündük. Biz Fetteli ən böyük rəqibimiz kimi gördüyümüz üçün bu addımı atdıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 296
Teqlər , , , , , ,
Paylaş

logo