S.Fettel: “Red Bull-dan sürətli idik”

Sebastyan Fettel Macarıstan yarışından sonra bildirib ki, onlar Red Bull-dan çox sürətli olublar...

F-1.az xatırladır ki, Fettel yarışın sonunda təkərləri yeyilmiş Rikkardoya hücum etsə də, onu keçə bilməyib və yarışı 4-cü yerdə bitirib. Beləliklə, Red Bull ardıcıl 3-cü yarışda Ferrari-dən çox xal toplayıb və Mühəndislər Kubokunda italyanlarla fərq minumuma endirib.

Sebastyan Fettel: “Məncə, bu gün çox sürətli idik. Amma bura Macarıstandır və burada sürətli olmaq bəs eləmir. Sona doğru onlardan 0.5-1 saniyə sürətli idik, amma bu ötmə etmək üçün bəs eləmədi. Təkərlərimiz daha yeni idi və bilirdik ki, yarışın sonunnda onlara çata bilərik. Amma ötmə etmək çox çətin idi. Bu yarışda podiuma çıxa bilərdik. Öndə olanda daha aqressiv olursunuz və aqressiv bir Red Bull-u keçmək üçün lazımi boşluq yox idi.

Biz daha sürətli idik, amma trasda ötmə edə bilmədik. Bu da o deməkdir ki, sıralanma turunda yaxşı nəticə alsaydıq, yarışı yaxşı yerlərdə başa vura bilərdik”.

Fettel Mercedes-in ayrı liqada olduğunu deyib: “Sürətli olsaq da, Mercedes-ə çata bilməzdik. Onlar ayrı liqadadırlar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*