Ş.Lekler: “İşimiz çətindir”

Ferrari komamdasının sürücüsü Şarl Lekler bildirib ki, Mercedes-lə olan fərq təəccüblüdür.

F-1.az xatırladır ki, monakolu sürücü Yaponiyada cümə gününü lider Bottasdan 0.356 saniyə geridə qalaraq, 4-cü yerdə bağlayıb.

Şarl Lekler
: “Günümüz yaxşı keçdi. Lakin bu həftəsonu tempimiz zəifdir və bu, təəccüblüdür. Çünki son 4 yarışda güclü idik. Burada da yaxşı olmağı gözləyirdik, amma alınmadı. Yarış tempində Mercedes-dən zəifik. Red Bull-a isə yaxınıq. Sıralanma tempində də bir az geridəyik. Bunun üzərində işləməliyik. Bolid pis deyildi, ancaq asfaltla ilişmə zəif idi. İkinci sessiya həftəsonunun necə keçəcəyini göstərdi.
Üçüncü sərbəst yürüşlərin yoxluğunu hiss edəcəyik. Lakin bu gün əla sürdüm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*