20 Avqust 2019, Çərşənbə axşamı - 05:57

K.Rəykkönen startda 5 yer itirəcək

K.Rəykkönen startda 5 yer itirəcək

Müəllif: Rauf Hacıyev, redaktor

16:02 - 28 May, 2016

Kimi Rəykkönen ötürmələr qutusunun dəyişdirilməsinə görə Monaco yarışına 5 yer geridən başlayacaq…

F-1.az xatırladır ki, Kimi Rəykkönen sonuncu sərbəst yürüşlərdə komanda yoldaşı Fettelə, demək olar ki, bir saniyə uduzub və onun maşınında sıralanma turundan əvvəl ötürmələr qutusu dəyişdirilib.

Qeyd edək ki, FİA-nın texniki reqlamentinə əsasən, sürücülər bir sürət qutusu ilə ardıcıl 6 yarış keçirməlidirlər. Əgər 6 yarışdan əvvəl sürət qutusu dəyişdirilsə, yarışa 5 yer geridən başlama cəzası gəlir.

Bu dəyişiklikdən sonra Rəykkönen startda 5 yer itirəcək.

Xatırladaq ki, Ferrari daha əvvəl Rusiya QP-də Fettelin də maşınında ötürmələr qutusunu vaxtından əvvəl dəyişdirmişdi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 343
Teqlər , ,
Paylaş

logo