K.Rəykkönen məsləhətçi olur?

Alfa Romeo komandasının rəhbəri Frederik Vassyör bildirib ki, gələn il Rəykköneni məsləhətçi kimi saxlamaq istəyirlər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ilin sonunda karyerasını bitirəcək. Lakin Alfa Romeo komandası yenə də onun təcrübəsindən faydalanmaq istəyir.

Frederik Vassyör: “Başqa seriyalardan təkliflər alır və hazırda sakit qalmaq daha yaxşıdır. Daha sonra növbəti il barədə müzakirələr apara bilərik. Təbii ki, Kiminin burada qalmasını istəyərəm, amma ona bir az vaxt vermək istəyirik.

Komandaya böyük təcrübə gətirdi. Son 20 ildə yarış qazanan komandalarda çıxış edib və həmişə çempionluq uğrunda mübarizə aparıb. Bu da komandanın inkişafına kömək etdi. Burada qısamüddətli uğurlardan yox, layihənin inkişafından danışıram. Komandanın yaxşı işləməsi üçün nə lazım olduğunu bilir.

Komandanın imici üçün də yaxşı idi. İstəyərdim ki, daha yaxşı nəticələr qazansın. Amma yarışmağın əsas məqsədlərindən biri budur. Həmişə daha yaxşı nəticə qazanmaq istəyərsiniz. Kimi bizə çox kömək etdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*