N.Hülkenberqin elçiləri artıb

İtaliya mətbuatının verdiyi xəbərə əsasən Alfa Romeo və Haas komandaları Niko Hülkenberqin xidmətində maraqlıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü bu il heç bir komandada özünə iş tapa bilməmiş və Formula1-dən kənarda qalmışdı. Amma Serxio Peresin koronavirusa yoluxması ilə Racing Pointlə müvəqqəti idmana qayıdıb və qənaətbəxş performans göstərib.

Yubiley Qran Prisinin sıralanma turunda üçüncü olan Hülkenberq bəzi komandaların radarına düşüb. Bunlardan biri 33 yaşlı pilotun sabiq komandası Alfa Romeo-dur. Kimi Rəykkönen ilin sonunda təqaüdə çıxacağı halda İtaliya təmsilçisi təcrübəli Hülkenberqi heyətinə qatmaq istəyir. Komandanın rəhbəri Frederik Vassyör də aşağı seriyalardan Niko ilə birlikdə işləyib və araları yaxşıdır.

Digər alternativ isə Haas-dır. Amma almaniyalı sürücünün burada kimi əvəzləyəcəyi müəmmalıdır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*