Maks Ferstappen: “Yaxşı yarış keçirdik. İlk hissə Medium təkərlərə görə daha çətin alınıb, amma buna baxmayaraq üçüncü yerə yüksələ bilmişəm. Daha sonra yaxşı restartdan sonra ikinci pilləyə çıxmışam.
Daha sonra Corcdan bir saniyə geridə qalmışam. Son dövrədə sarı bayraqlar var idi və buna görə Corc döngədən çıxışda bir qədər sürətlənməni itirib. Məhz bunun hesabına ona bir az da yaxınlaşa bilmişəm. Finişdə ona çox yaxın idim, amma bu kifayət etməyib.
Divara bir neçə dəfə toxunmuşam, amma hər şey qaydasındadır. döngəyə həddindən artıq geniş trayektoriya ilə girməyə çalışmışam, amma təkərlərlə bağlı hər şey qaydasında idi”.





