M.Ferstappen: Yenə Mercedes məni vurdu

Red Bull komandasının sürücüsü Maks Ferstappen startdakı qəzadan sonra bolidi sürə bilmədiyini deyib.

F-1.az xatırladır ki, Macarıstan yarışının startında Bottas Norrisə, Norris isə Ferstappenə təmas edib. Bunun nəticəsində Ferstappenin sağ saydpodu əzilib. Buna baxmayaraq, yarışa davam edən 23 yaşlı pilot yarışdan iki xalla ayrıla bilib.

Maks Ferstappen: “Yenə bir Mercedes məni vurdu. Belə olan halda heç nə edə bilmirsiniz. Bu, Bottasın səhvi idi və mübarizəni dayandırmağımın səbəbkarl odur. Ardıcıl iki yarışda belə qəzaların olması pis haldır.

Bolid zədələnmişdi və sürə bilmirdim. Heç nə edə bilmirdim, döngələrdə əylənmək olmurdu. Təkərlər bloklanırdı və ön tərəf sürüşürdü.Yarışdan çəkilə bilərdik, amma xal almaq üçün bəxtimizi sınadıq. Həmişə əlimdən gələni edirəm. Bolidim sağlam olsa, ön cərgələrə yüksələ bilərdim, ancaq tempim yox idi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*