Yaponiya-2023: Maks öküz oynatmağa davam edir

Mövsümün 16-cı mərhələsi olan Yaponiya Qran Prisinin ikinci sərbəst yürüşləri geridə qalıb.

F-1.az bildirir ki, Maks ikinci sərbəst yürüşlərdə də rəqiblərindən üstün olub. Onu Şarl Lekler və Lando Norris izləyiblər.

Yaponiyadakı ikinci sətbəst yürüşlərin ilk 20 dəqiqəsi sakit keçib. Sürücülər Pirelli-nin test təkərləri və digər tərkiblərlə trasda sürüş ediblər və trasa öyrəşiblər. Maks Ferstappen yenə də zirvədə olub və sessiyanın ortasına doğru sürücülər Soft təkərlərlə trasa çıxmağa başlayıblar. Bundan sonra sıralanma tempində işlər başlayıb.

Daha sonra sürücülər yarış tempinə də işləməyə başlayıblar. Sessiyanın sonuna qədər sürücülər yarış tempində işləyiblər. Beləliklə, Soft təkərlərlə atılan dövrələr sıralanmanı təyin edib. Yarış tempində gedərkən Pyer Qasli idarəetməni itirib və bariyerlərə çırpılıb. Buna görə də sessiya iki dəqiqə erkəndən tamamlanıb. Bununla da Maks Ferstappen 1.30.688-lik zaman dərəcəsi ilə  ikinci sərbəst yürüşlərizirvədə bitirib.

Suzukaya yeni altlıqla gələn Ferrari komandasının sürücüsü Şarl Lekler rəqibi Maksdan 0.3 saniyə geridə qalaraq, ikinci olub.Yeniliklərlə gəlmiş McLaren-dən Lando Norris üçüncü, son yarışın qalibi Karlos Sayns dördüncü, Sinqapurda son dövrədə qəza etmiş Rassell isə 5-ci yeri tutublar.

Aston Martin komandasından Fernando Alonso isə altıncı yeri tutub. Onu Williams-dan Aleks Elbon izləyib. McLaren-in debütant sürücüsü Oskar Piastri səkkizinci, komanda yoldaşı Maksdan 1 saniyə geridə qalan Serxio Peres isə 9-cu yerlə razılaşıblar. Onluğu Alfa Romeo-dan Valtteri Bottas tamamlayıb. Onun arxasında Ləns Stroll, Esteban Okon, Niko Hülkenberq və Lyusi həmilton qərarlaşıblar. Peresdən Həmiltona qədər olan sürücülərin aralarındakı fərq çox az – 0.11 saniyə olub. Liam Louson isə 15-ciliklə razılaşıb.

Son beşliyi isə Quanyu Çjou, Kevin Maqnussen, Yuki Tsunoda, Pyer Qasli və Loqan Sarcent tamamlayıblar.

Yaponiya Qran Prisi sabah üçüncü sərbəst yürüşlərlə davam edəcək. Bu sessiya Bakı vaxtı ilə 06:30-da başlayacaq.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*