S.Abitebul: “Red Bull-un gənc sürücü siyasətindən dərs alırıq”

Renault komandasının rəhbəri Siril Abitebul bildirib ki, onlar Red Bull-un gənc sürücü siyasətinə baxaraq, onlardan dərs alacaqlar...

F-1.az xatırladır ki, Red Bull-un gənc sürücü proqramı Formula1-ə güclü sürücülər qazandırır və eyni zamanda qəddar qərarları ilə tənqidlərə səbəb olur.

Red Bull sürücü siyasətində sonuncu qəddarlığını Daniil Kvyatı Toro Rosso-ya göndərməklə göstərdi. Rusiyalı sürücünü Maks Ferstappen əvəz etdi. Hələ 18 yaşı olan Ferstappen isə İspaniyada Red Bull-la çıxdığı ilk yarışda qalib gələrək, Formula1 tarixinin qələbə qazanan ən gənc sürücüsü oldu.

Siril Abitebul: “Çox təsiredicidir. Doğrudan da təəccüblənmədik. Çünki keçən il Toro Rosso-da onunla işləmişdik və ondan çox təsirlənmişdim.

Ancaq ən əsası, kim nə deyirsə-desin, Red Bull-un strategiyasından, hədəfə və ən yaxşını seçməklərindən təsirləndik.

Bütün tənqidlərdən sonra Formula1-ə böyük dərs verdilər. Bundan biz də dərs çıxaracayıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*