11 Dekabr 2018, Çərşənbə axşamı - 20:12

Red Bull 2017-ci il heyətini Belçikada açıqlayacaq

Red Bull 2017-ci il heyətini Belçikada açıqlayacaq

Müəllif: Rauf Hacıyev, redaktor

10:46 - 30 Aprel, 2016

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, onlar komandanın 2017-ci il heyətini Belçika Qran Prisində açıqlayacaqlar…

F-1.az xatırladır ki, bəzi söz-söhbətlərə görə, Maks Ferstappen 2017-ci ildə Red Bull komandasına transfer olacaq. Hətta hollandiyalı sürücünün Kvyat ilə barter olacağı deyilir.

Helmut Marko əvvəlki açıqlamalarında Ferstappeni tərifləsə də, hazırkı heyətlərindən razı qaldığını bildirib: “Maksı transfer edəcəyimizi demədim. Sözlərimi yozmayın. Sadəcə onun göstərdiyi performansdan razıyam və buna görə də təriflədim.

Ferstappen çox sürətlidir. Təcrübə qazanır və inkişaf edir. Doğru yoldadır.

Gələnilki pilot heyəti barədə hələ danışmamışıq. Adətən, bu barədə yay tətili bitməmişdən əvvəl danışırıq.

Avqust ayında sürücülərimizin gələcəyi barədə danışacayıq və Belçikada hər şeyi açıqlayacam.

Rikkardo karyerasının ən yaxşı mövsümünü keçirir. Amma Daniil onun kimi olmaq üçün öz üzərində çox işləyir. Yəni ki, hər şey qaydasındadır. Qalanları isə şayiədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 396
Teqlər , , , , ,
Paylaş

logo