M.Ferstappen: Bəzi şeylərlə razı deyiləm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yarışdakı bəzi cəzalarla razı deyil.

F-1.az xatırladır ki, niderlandlı sürücü əvvəlcə Həmiltona təmas edib. Bundan sonra komandası ona yerini Həmiltona verməsini istəyib. Ferstappen 37-ci dövrədə yerini vermək istəyərkən, Həmilton ona arxadan çırpılıb. Daha sonra gənc sürücü yenidən yerini yeddiqat Dünya Çempionuna verib və təkərləri yeyildiiy üçün daha mübarizə aparmayıb.

Maks Fertappen: “Çox xaotik yarış idi. Çox şey baş verdi. Onların hamısı ilə razılaşmasam da, vəziyyət budur. Bəxtimi sınadım. Əlimdən gələni etdim. təkərlərin sona qədər dözəcəyinə əmin deyildim. Yarışın sonuna doğru lap yeyilmişdi. Buna baxmayaraq, ikinci ola bildik.

Həmiltonun məni ötməsi üçün yavaşladım. Buna görə də maşını sağa verdim. Lakin o, keçmək istəmədi. Daha sonra təmas yaşadıq. Orada nə baş verdiyini anlamadım. Hərr şey Əbu Dabidə məlum olacaq. Ümid edirəm ki, yaxşı həftəsonu keçirərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*