M.Ferstappen narahat deyil

Red Bull komandasının sürücüsü Maks Ferstappen "qırmızı öküzlər"-in Honda mühərriyinə keçməsinə görə narahat deyil.

F-1.az xatırladır ki, Honda 2015-ci ildə idmana qayıtdıqdan sonra daha çox etibarlılıq problemləri yaşamaları ilə yadda qalıblar.

Maks Ferstappen: “Keçən il Yaponiyada idim. Mühərrik zavodları gözəldir və Renault ilə onların fərqini görmək gözəl olacaq. Narahatlığa səbəb yoxdur. Builki inkişaflarına baxın. Kanadada başqa böyük addım atdılar. Bu, yaxşı haldır. Honda-ya inanıram. Komandam da yaponlara inanır. Yoxsa ikiillik müqavilə bağlamazdılar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*