H.Marko: “Ferstappen hər cəhətdən üstündür”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Ferstappen keçən il Rikkardonu bütün meyarlarda üstələyib.

F-1.az xatırladır ki, Ferstappen və Rikkardo 2016-2018-ci illərdə komanda yoldaşı olublar. İlk iki mövsümdə sürücülər bir-birilərinə yaxın olsalar da, 2018-ci il mövsümünün ikinci yarısında Ferstappen 29 yaşlı komanda yoldaşını tozda qoyub.

Renault-ya transfer olunan Rikkardo keçən il bir poul və iki qələbə qazansa da, Marko hollandiyalı sürücünün daha güclü olduğuna inanır: “Müəyyən məlumatlar var. Sıralanma turunda Rikkardo ilə fərq daha çox idi. Yarışda da bir az sürətli idi. Maks bəzən daha çox sürüşsə də, təkərləri daha yaxşı saxlayırdı. Qəribə hal idi. İnkişaf edib. Komandaya gələndə belə deyildi. 2017-ci ildə Rikkardo bir az geriyə düşdü. Amma bunu anladı və fizyoteraoevtiylə işləyərək, yenidən Ferstappenə yaxınlaşdı. Lakin 2018-ci ilin ikinci mövsümündə Ferstappen çox gücləndi.

Ferstappenin əsas problemləri səbirsiz idi və özünü idarə edə bilmirdi. O, çox sürətlidir və həmişə bunu isbatlamağa ehtiyac yoxdur. Rəqibləri ikili mübarizələrdə artıq ondan qorxurlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*