D.Rikkardo: “Fettel və Ferstappen sayəsində daha güclüyəm”

F-1.az xəbər verir ki, Daniel Rikkardo Formula1-də keçirdiyi illər ərzində Sebastyan Fettel və Maks Ferstappendən öyrəndiklərinin ona kömək etdiyi barədə açıqlama verib.

Red Bull komandasında Mark Uebberi əvəzləyən Daniel Rikkardo 4 qat dünya çempionu Sebastyan Fettel ilə bir mövsüm komanda yoldaşı olmuş və mövsümün sonunda Fetteli çempionatda qabaqlamışdı. Alman pilot Ferrari komandasına keçdikdən sonra rusiyalı pilot Daniil Kvyat komandaya qoşuldu. Beləliklə, Rikkardo komandaya qoşulduğundan bəri 3 fərqli komanda yoldaşı ilə yarışmış olub.

Daniel Rikkardo: “Maks və Sebastyan ilə komanda yoldaşı olduğum müddətdə hər ikisinin də kariyeraları fərqli nöqtələrdə idi. Hər ikisindən də bir şeylər öyrənmək mümkündür. Sebastyanda gördüyüm qəribə şey, onun komanda ilə münasibəti idi. Maks isə çox gənc və enerjili olmasından əlavə yeni sürüş texnikaları ilə gəlmişdi. Mümkün olduğu qədər fərqli komanda yoldaşına sahib olmağı sevirəm, çünkü nə qədər çox komanda yoldaşın olarsa, daha çox öyrənərsən. İşimi görməyə davam edəcəyəm. Əgər bir seçim etmə şansım olsaydı, Sebastyana qarşı yarışmağı seçərdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*