M.Ferstappen: Podium belə gözləmirdim

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, qələbəyə görə çox sevinclidir.

F-1.az xatırladır ki, niderlandlı sürücü Macarıstan yarışına 10-cu yerdən başlasa da, mükəmməl performansla finişə 1-ci yerdə çatıb.

Maks Ferstappen: “Səhər belə nəticəni gözləmirdim. Ümid edirdim ki, podiuma yaxın yerlərdə mübarizə apararam. Trasda vəziyyət çətin olsa da, komanda olaraq düzgün strategiya seçdik. Vaxtında reaksiya verdik və düzgün zamanda pitlərə gəldik. Bundan başqa trasa qayıdış dövrələrim də əla idi. 360 dərəcə yerimdə fırlansam da, qalib gələ bildim.

Sürəti artırmaqda və ilişmə muftasında problemlər yaşayırdım. İlişmə muftasını xarab etməmək üçün bəzi şeyləri dəyişdik və bu da performansıma təsir etdi. Yerimdə fırlanma səbəbim bəlkə də bu idi. Dəlisov yarış idi. Qalib gəldiyim üçün sevincliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*