H.Marko: Mercedes Rasseli almalıdır

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Mercedes tezliklə Corc Rasseli transfer etməlidir.

F-1.az xatırladır ki, Bottas bu mövsüm ondan gözlənilən performansı sərgiləyə bilmir. Buna görə də onun əvəzinə Corc Rasselin gələcəyi ilə bağlı şayiələr günü-gündən artır.

Helmut Marko: “Rasselin Mercedes-ə keçidi məntiqli olar. Həmilton xoşbəxt olmasa belə Rasseli uzun müddət zəif komandada saxlamaq olmaz. Əks halda Mercedes-in sürücü akdemiyasında xərclədiyi pulların mənası olmaz.

Bottası göndərsələr, bizə zəng eləməsin, çünki komandamda boş yer yoxdur. Onu Rassell ilə dəyişdirə bilərlər. Məncə, Williams onun üçün tək alternativ olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*