S.Peres: Növbəti 4 yarış vacib olacaq

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, növbəti dörd yarışdakı nəticələr vacib olacaq.

F-1.az xatırladır ki,meksikalı sürücü mövsümə güclü başlasa da, son 4 yarışda iki dəfə mübarizəni dayandıraraq, şansını çətinləşdirib. Mövsümün bitməsinə 10 yarış qalmış o komanda yoldaşı Ferstappendən 70 xal geridə qalır.

Serxio Peres: “Növbədə daha çox yarış var. Son yarışda ən yaxşı performansımı göstərə bilmədim, amma dördüncü oldum. Son yarışlarda mübarizəni dayandırmaq daha pis idi. Bunlar çempionatdakı vəziyyəti çətinə saldı. Ümid edirəm ki, Macarıstanda problem yaşamaram. Boliddə özümü rahat hiss edirəm. Növbəti dörd yarış mübarizə üçün vacib olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*