M.Ferstappen: Həmiltonla aramız yaxşıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Həmiltonla araları yaxşıdır.

F-1.az xatırladır ki, iki sürücü mövsümün ilk üç yarışında yaxın mübarizə aparıblar. İki yarışda Həmilton, bir yarışda isə Ferstappen qalib gəlib. Onları hazırda 8 xal ayırır.

Maks Ferstappen: “Aramız dəyməyib. Hər şey qaydasındadır. Yaxşı yola gedirik. Bir-birimizə hörmət edirik və yaxşı performans göstərdiyimizdə bir-birimizə deyirik. Bu, çox vacibdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*