Freddi Sleyter Formula1-də debütünü Mexiko mərhələsində edəcək

2026-cı il Formula3 mövsümünün vitse-çempionu və Audi gənc sürücülər proqramının üzvü Freddi Sleyter gələn həftə Formula1-də rəsmi yarış həftəsonu çərçivəsində debüt edəcək.

Böyük Britaniyalı sürücü əsas komandaların pilotlarını müvəqqəti əvəz edərək Mexiko Qran Prisi  və San Paulu Qran Prisində  keçiriləcək ilk sərbəst yürüş sessiyalarında Audi-nin sükanı arxasına keçəcək.

Alan MakNiş: “Son illərdə biz Freddinin təkcə trasda deyil, trasdan kənarda da necə irəlilədiyini görmüşük. İndi onun üçün növbəti addımı atmağın doğru vaxtıdır.

Meksika və Braziliyada ilk məşqlərdə iştirak ona Formula1 yarış həftəsonu çərçivəsində çalışma baxımından dəyərli təcrübə verəcək və gələn mövsüm Formula2-yə keçid ərəfəsində inkişafını davam etdirməyə imkan yaradacaq. Onun R26-nın sükanı arxasına keçəcəyini səbirsizliklə gözləyirik və bu iki vacib məşqə hazırlaşmasına kömək edəcəyik”.

Freddi Sleyter: “Yarış həftəsonu ərzində Formula1 bolidinin sükanı arxasına keçmək mənim üçün çox vacib məqamdır, çünki uşaqlıqdan bunun arzusunda olmuşam.

Bu il çox şey öyrənmişəm və Audi komandası ilə birlikdə ilk məşqlərdə iştirak mənə Formula1 bolidinin sükanı arxasında təcrübə qazanmaq üçün daha bir imkan verəcək. Audi-nin gənc pilotların inkişaf proqramı artıq mənim üçün xeyli imkan açıb və göstərdiyi etimada, dəstəyə görə komandaya minnətdaram.

Trasa çıxacağım anı səbirsizliklə gözləyirəm. Məqsədim öz işimi mümkün qədər yaxşı yerinə yetirmək, komandaya planlaşdırılan proqram üzrə kömək etmək və hər iki sessiyadan maksimum fayda götürməkdir”.