Onu Alan MakNiş rəhbərlik edir, o bu işi komandanın yarış direktoru vəzifəsi ilə birləşdirir və hazırda proqramda iki iştirakçı var – 17 yaşlı britaniyalı Freddi Sleyter (hazırda Formula3-də liderdir) və 19 yaşlı avstriyalı sürücü Emma Felbermayr (F1 Academy qadın seriyasında çıxış edir).
“Sürücünün vəzifəsi yalnız sürətli olmaq deyil, o həm də bir növ komandanın lideri olmalıdır, – deyə MakNiş çempionatın rəsmi saytına müsahibəsində fikirlərini belə ifadə edib. – Sürücülər kollektivdə pozitiv ab-hava yaratmağa kömək edə bilərlər, lakin bəzən bunun əksi də baş verir. Biz ciddi niyyətlərə sahibik və ən yüksək səviyyədə çıxış etmək istəyirik, ona görə də proqramımızda layiqli iştirakçılar olmalıdır.
Kifayət qədər erkən, hələ 2023-cü ildə mən belə bir proqramı necə təşkil etmək, onun necə ola biləcəyini və hansı vəzifələri yerinə yetirəcəyini düşünməyə başlamışdım. Bütün bunlar planımıza daxil edildi, sonra 2024-cü ildə və xüsusən 2025-ci ildə onun həyata keçirilməsinə başladıq və bu il proqram işə düşdü.
Mən deyərdim ki, bu, bir növ canlı orqanizmdir və inkişaf etməlidir, çünki sürücülər də inkişaf edirlər, indi Freddi Sleyter, əlbəttə, 14 yaşındakı halından tamamilə fərqlidir. Dürüstcə desəm, bu dinamikanı mən çox bəyənirəm…
Mən 17 yaşımda necə olduğumu xatırlayıram – insani inkişaf baxımından o vaxt tamamilə başqa səviyyədə idim, indi isə 21 və ya 22 yaşımda olduğum vəziyyətlə müqayisədə fərq böyükdür. Bunu Formula1 komandamızın sürücüsü Qabriеl Bortoletoya baxanda da görürəm.
O, Freddi ilə birlikdə başlanğıcdan mənim namizədlər siyahımda idi; Qabriel o vaxt hələ yeni-yeni F3-də debüt etmişdi. Mən altı sürücüyə baxırdım və xoşdur ki, onların ikisi bu günə qədər bizimlə əməkdaşlıq edir. Üstəlik Bortoleto son 24 ayda nəzərəçarpacaq dərəcədə inkişaf edib.
Gənc sürücünün inkişafı prosesində ona başqasının təcrübəsini olduğu kimi ötürmək mümkün deyil, lakin, əlbəttə ki, sürücüləri dəstəkləmək, onların öz səhvlərindən öyrənmələrinə kömək etmək olar, çünki səhvlər hər kəsdə olur. Mən səhvlər edirəm, Niko Hülkenberq səhvlər edir, Qabriel də səhvlər edir, amma məsələ ondadır ki, hansı nəticələr çıxarırsan. Bunu bir növ universitet adlandırmaq olar; onun təhsili çox uzun müddət davam edir”.
Amma Alan MakNiş kimi mentorla iş təcrübəsindən nə deyir Freddi Sleyter: “Alan – Audi-də danışdığım ilk insandır və bəzi məqamlar olub ki, o mənim üçün ikinci ata kimidir. O özü çox şeydən keçib və mənə avtomobil idmanının necə qurulduğunu və psixoloji hazırlığın necə olduğunu anlamağa kömək edir. Hər yarış həftəsonundan sonra onunla söhbət edirik və onun fikri mənim üçün çox dəyərlidir…”
Təbii ki, bütün gənc sürücülər Formula1 haqqında xəyal edir və DDP proqramının vəzifəsi onların yetişməsinə və inkişafına kömək etmək, ortaya çıxan bütün imkanlardan maksimum şəkildə yararlanmaqlarına yardım etməkdir.
“Biz qarşıya iki konkret məqsəd qoymuşuq, – deyə MakNiş davam edib. – Birincisi, sürücüləri Formula1-ə hazırlamaqdır. Amma biz, həmçinin qadın sürücülərə F1 Academy-də qələbələr qazanmaqda yardım edirik və bu da strateji xarakter daşıyır.
Audi-nin idman uğurları tarixini xatırlayanda 80-ci illərdən başlayaraq Audi maşınlarının sükanı arxasında əldə etdikləri uğurlar sayəsində şöhrət tapmış Mişel Moton, Rahel Frey və Tamara Vidali kimi adları sadalamaq kifayətdir.
Amma indi artıq bizim üçün Freddi və Emmadan sonra proqramımıza kimin gələcəyini düşünməyin vaxtıdır və hazırda belə namizədlərin seçimi prosesindəyik. Məsələ onları əvəz edəcək şəxsləri tapmaq deyil, onların başladığı işi davam etdirəcək olanlardır”.





