Macarıstan-2021: Üçüncü sərbəst yürüşlər

Şənbə gününə yağış proqnozlaşdırılsa da, reallaşmayıb. Son məşqlər də açıq səma altında baş tutub və asfaltın temperaturu yenidən 60 dərəcəyə çatıb.

F-1.az bildirir ki, sürücülərin əksəriyyəti sessiyanın ilk 20 dəqiqəsini buraxıb. Yekuna 16 dəqiqə qalmış Şumaxer 11-ci döngədə qəza edib və qırmızı bayraqlar dalğalanıb. Yaşıl işıqlar 8 dəqiqə sonra yanıb, Covinatsini boksdan Strolla mane olacaq şəkildə buraxdıqları üçün Alfa Romeo komandası 5000 avro cərimələnib.

Antonio tək bununlaa “fərqlənməyib”, tras üzərində də yavaş hərəkət edərək Qasliyə mane olub, fransız sürücü toqquşmamaq üçün yoldan çıxmalı olub. Covinatsiyə rəsmi xəbərdarlıq edilib.

Protokollara 1:16.826-lıq nəticə ilə Lyuis Həmilton başçılıq edib. Bizi olduqca maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:16.826 20
2 33 Maks Ferstappen Red Bull 1:16.914 + 0:00.088 13
3 77 Valtteri Bottas Mercedes AMG 1:17.055 + 0:00.229 15
4 55 Karlos Sayns Ferrari 1:17.497 + 0:00.671 20
5 16 Şarl Lekler Ferrari 1:17.520 + 0:00.694 16
6 4 Lando Norris McLaren 1:17.772 + 0:00.946 12
7 11 Serxio Peres Red Bull 1:17.917 + 0:01.091 12
8 3 Daniel Rikkardo McLaren 1:17.942 + 0:01.116 15
9 14 Fernando Alonso Alpine 1:17.992 + 0:01.166 15
10 18 Ləns Stroll Aston Martin 1:18.050 + 0:01.224 16
11 10 Pyer Qasli AlphaTauri 1:18.115 + 0:01.289 17
12 31 Esteban Okon Alpine 1:18.174 + 0:01.348 15
13 5 Sebastyan Fettel Aston Martin 1:18.235 + 0:01.409 15
14 22 Yuki Tsunoda AlphaTauri 1:18.461 + 0:01.635 25
15 7 Kimi Rəykkönen Alfa Romeo 1:18.683 + 0:01.857 21
16 63 Corc Rassell Williams 1:18.794 + 0:01.968 14
17 6 Nikolas Latifi Williams 1:18.821 + 0:01.995 15
18 99 Antonio Covinatsi Alfa Romeo 1:19.113 + 0:02.287 14
19 47 Mik Şumaxer Haas 1:19.406 + 0:02.580 15
20 9 Nikita Mazepin Haas 1:19.933 + 0:03.107 16
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*